Loading...

Xidmətlərimiz

Metalux Dental MMC

1. Metal əsaslı diş bərpaları

13 ildən artıq təcrübəmizlə, nikel-xrom və kobalt-xrom əsaslı metal diş konstruksiyalarının hazırlanması xidmətini göstəririk.

Bu sahədə peşəkar əməkdaşlarımızla yüksək dəqiqlik və davamlılıq təmin edilir.

2. Zirkon əsaslı diş bərpaları (CadCam texnologiyası ilə)

  • Estetik və biouyğun zirkon diş bərpaları
  • Keyfiyyətli zirkon bloklardan istifadə
  • Tam avtomatlaşdırılmış və texnoloji proses

3. Rəqəmsal stomatoloji laboratoriya xidmətləri

  • Müasir skanerlər və 3D printerlərlə təchizat
  • Həm texniklər, həm də həkimlər üçün sifariş
  • Tez və dəqiq icra

4. Material və avadanlıq təchizatı

Diş texnikləri və laboratoriyalar üçün material və avadanlıqların rəsmi idxalçısı və dileriyik.

  • 3D printerlər (Mercuri – Mars 5, Saturn 4)
  • Skanerlər (Smart Optics – Almaniya, Denpark – Çin)
  • Yilink keramika peçləri
  • Zirkon bloklar, CadCam frez və borlar
  • 3D printer mayeləri və digər texniki ləvazimatlar

5. Yeni texnologiyalar – 3D metal lazer sistemi (tezliklə)

Chamlion şirkəti ilə əməkdaşlıq çərçivəsində 3D metal lazer texnologiyası gətiriləcək.

Bu sistem metal əsaslı dişlərin daha dəqiq və dayanıqlı hazırlanmasına imkan yaradacaq.

6. Online sifariş sistemi

Veb sayt üzərindən qeydiyyatdan keçmiş müştərilər sifarişlərini və fayllarını onlayn göndərə biləcəklər.

Bu sistem vaxt itkisinin qarşısını alır və sifariş prosesini sadələşdirir.