Loading...

Haqqımızda

Metalux Dental MMC

Metalux Dental MMC – diş texnikləri və stomatoloqlar üçün müasir və peşəkar həllər təqdim edən ixtisaslaşmış şirkətdir.

Şirkət artıq 13 ildən çoxdur ki, diş texniklərinə yüksək keyfiyyətli nikel-xrom və kobalt-xrom əsaslı metal diş konstruksiyalarının hazırlanması sahəsində fəaliyyət göstərir. Komandamız yalnız uzunmüddətli təcrübəyə malik, ixtisaslı və peşəkar əməkdaşlardan ibarətdir.

Son 5 ildə isə Metalux Dental MMC texnologiyanın inkişafına uyğun olaraq CadCam aparatları və keyfiyyətli zirkon bloklar vasitəsilə zirkon əsaslı diş bərpalarının istehsalına başlamışdır. Məqsədimiz – daima yenilənən diş texnologiyaları sahəsində müştərilərimizə keyfiyyətli, dəqiq və estetik həllər təqdim etməkdir.

Avadanlıqlar və tərəfdaşlıqlar

Şirkət son 3 il ərzində xarici bazardan müxtəlif növ avadanlıqlar və materiallar idxal etmiş, bu sahədə nüfuzlu istehsalçılarla rəsmi tərəfdaşlıq və dilerlik müqavilələri bağlamışdır. Bu tərəfdaşlıqlar çərçivəsində şirkətimizə gətirilmiş əsas avadanlıqlar aşağıdakılardır:

  • Mercuri şirkətinin son model 3D printerləri (Mars 5, Saturn 4)
  • Almaniyanın Smart Optics şirkətinə məxsus yüksək dəqiqlikli skanerlər
  • Çin istehsalı Denpark skanerləri
  • Yilink şirkətinin keramika bişirən peçləri
  • 3D printerlər üçün mayelər, CadCam aparatları üçün frezlər və borlar, zirkon bloklar və digər texniki ləvazimatlar

Bu avadanlıqlar sayəsində yüksək səviyyədə təchiz olunmuş və müasir texnologiyalara əsaslanan laboratoriya mühiti yaradılmışdır.

Əlavə olaraq, son dövrlərdə stomatoloqlardan birbaşa sifarişlərin qəbul olunması üçün xüsusi laboratoriya infrastrukturu da qurulmuşdur.

Yaxın zamanda isə Chamlion şirkəti ilə tərəfdaşlıq əsasında 3D metal lazer texnologiyasına əsaslanan yeni avadanlığın ölkəyə gətirilməsi planlaşdırılır. Bu, metal əsaslı dişlərin hazırlanmasında yeni bir mərhələ olacaq.

Metalux Dental MMC – texnologiya, dəqiqlik və etibarın ünvanı.